Çin Trampın təhdidlərinə cavab verdi

03.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin BRİKS tərəfdaşları ilə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməyə və qlobal iqtisadiyyatın inkişafına töhfə verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Çin XİN-in rəsmi nümayəndəsi Lin Tsyan Trampın BRİKS ölkələri qadağanedici rüsumlar tətbiq etmək niyyəti ilə bağlı çıxışını şərh edərkən deyib.

“İnkişaf etməkdə olan bazar, eləcə də inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq üçün mühüm platforma kimi BRİKS ölkələri açıqlıq, tolerantlıq və qarşılıqlı faydalı əməkdaşlığı müdafiə edir”, - o bildirib.

Qeyd edək ki, Donald Tramp BRİKS ölkələrini öz valyutalarını yaratmayacaqlarına, ya da ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürməyə çağırmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью