Ayna saytına istinadən Icma.az xəbər verir.
Onlarla Çin şirkəti Şençjendə keçirilən ən böyük sənaye sərgisində bu cür cihazları nümayiş etdirib
Çin istehsalçıları ucuz PUA tutucu dronları yeni kütləvi bazar ixrac məhsuluna çevirməyə ümid edirlər. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, onlarla Çin şirkəti hazırda Şençjendə keçirilən ən böyük sənaye sərgisində bu cür cihazları nümayiş etdirib.
Yeni məhsulların əksəriyyəti elektrik mühərrikləri ilə təchiz olunmuş kiçik, 3D çaplı, dördqanadlı dronlardır. Onlar saatda 300 km-dən çox sürətə çata bilirlər və süni intellekt (Sİ) onlara hədəfləri tapmağa və müəyyən etməyə kömək edir. Bəzi modellərin qiymətinin 1500 ilə 2900 dollar arasında olduğu bildirilir.
“Financial Times”ın məlumatına görə, Çin şirkətindən biri tutucu dronlar hazırlamağa 2025-ci ilin oktyabr ayında başlayıb və hazırda Rusiya və Yaxın Şərq də daxil olmaqla ayda bir neçə min bu cihazı satmaq iqtidarındadır.