Çin ÜTT də ABŞ yə qarşı yeni iddia QALDIRDI

11.04.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Çin Ümumdünya Ticarət Təşkilatında (ÜTT) ABŞ-nin rüsumlarının növbəti dəfə artırılması ilə bağlı yeni iddia qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Departamentin açıqlamasında deyilir: "Çin ABŞ-nin Çin mallarına tətbiq etdiyi rüsumların son artımı ilə bağlı ÜTT-nin mübahisələrin həlli mexanizmi çərçivəsində məhkəməyə müraciət edib".

O, əlavə edib ki, Çin təşkilatın qaydalarına uyğun olaraq qanuni hüquq və mənafelərini qoruyacaq, çoxtərəfli ticarət sistemini və beynəlxalq iqtisadi və ticarət nizamını möhkəm şəkildə qoruyacaq.

Qeyd edək ki, ÜTT 1995-ci ildə yaradılıb. O, dövlətlər arasında ticarətin qlobal qaydaları ilə məşğul olan yeganə beynəlxalq qurum kimi Tariflər və Ticarət üzrə Baş Sazişi (GATT) əvəz edib.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью