Çin və ABŞ dost və tərəfdaş ola bilər Si Cinpin

27.01.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin və ABŞ-nin tərəfdaş və dost ola biləcəyini bildirib. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Si Cinpin iki ölkə arasında geniş ortaq maraqlar və əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb:

 "Çin və ABŞ qarşılıqlı uğur əldə edə, hər iki xalqın rifahı üçün tərəfdaş və dost ola bilər", - deyə qeyd edib.

O, həmçinin 40 il əvvəl ABŞ-nin Ayova ştatına səfərini xatırladaraq, amerikalıların isti qarşılamasını hələ də xatırladığını deyib.

Bundan əvvəl Çin səfirliyi ABŞ-ın əlavə rüsum tətbiq etmək hədələrini şərh etmiş və Çin Prezidenti Donald Trampın ölkəni ABŞ-a fentanil tədarükünü dəstəkləməkdə ittiham etməsinin əsassız olduğunu bildirmişdi.

Eyni zamanda, Çin ABŞ-ı dünya üzrə fəaliyyət göstərən bioloji laboratoriyalarının məlumatlarını açıqlamağa çağırıb.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью