“Çin və Avropa İttifaqı rəqib deyil” Vanq İ

28.01.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

"Çin və Avropa İttifaqı rəqib deyil, tərəfdaşdırlar. Pekin və Brüssel mövcud ticarətlə bağlı fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə qadirdirlər”. 

525.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonne ilə telefon danışığı zamanı bildirib.

O deyib ki, Çin və Aİ-nin  tərəfdaş olmaları 50 ildən çoxdur ki, əməkdaşlığın səmərəli nəticələri ilə sübut edilib. Tərəflər konkret ticarət mübahisələrini dialoq yolu ilə əlaqələndirmək və həll etmək iqtidarındadırlar.

Çinin yüksək vəzifəli diplomatı qeyd edib ki, hazırkı beynəlxalq qarışıqlıq fonunda Pekin və Brüssel etimadı gücləndirməli və əməkdaşlığı dərinləşdirməlidirlər.

Vanq İ ümid etdiyini bildirib ki, Fransa Çin və Aİ arasında münasibətlərin sağlam inkişafına kömək etmək üçün Avropa Birliyində fəal rol oynamağa davam edəcək. 

Bonn öz növbəsində Parisin qarşılıqlı etimad ruhunda strateji ünsiyyəti gücləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью