Çin və Pakistan ABŞ la İran arasında dərhal atəşkəsə çağırıb

17.07.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin və Pakistan ABŞ ilə İran arasında hərbi əməliyyatların dərhal dayandırılmasına və danışıqlar prosesinin mümkün qədər tez bərpa olunmasına çağırıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) qurumun rəhbəri Van Yu ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar arasında Şanxayda keçirilən görüşün yekunlarına dair yaydığı məlumatda bildirib.

Birgə bəyanatda qeyd olunub ki, tərəflər münaqişə iştirakçılarını düşmənçilik hərəkətlərini dərhal dayandırmağa, mövcud maneələri aradan qaldırmağa, dialoq və təmasları bərpa etməyə, danışıqlar yolu ilə hərtərəfli sülh sazişinin əldə olunmasına çalışmağa çağırıblar.

Çinin xarici işlər naziri Van Yu bildirib ki, ABŞ və İran arasında ilkin mərhələdə əldə olunmuş qarşılıqlı anlaşma memorandumu asan başa gəlməyib. “Artıq tərəflər arasında sülhə çox yaxılaşma var. Göstərilən səylərin boşa çıxmasına yol vermək olmaz. Ən əsası isə artıq əldə olunmuş nəticələri itirmək doru olmaz”, – deyə o vurğulayıb.

Van Yu Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirərək Pekinin İslamabadın bu istiqamətdə atdığı addımları dəstəkləməyə davam edəcəyini bildirib.

Pakistanın xarici işlər naziri İshaq Dar isə ölkəsinin atəşkəsin təmin edilməsi və ABŞ-la İran arasında danışıqların yenidən başlanması üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью