Çin və Rusiya ədalətli qlobal idarəetmə sistemi yaratmalıdırlar Vanq Yi

01.02.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Çin hakimiyyəti hesab edir ki, daha ədalətli qlobal idarəetmə sistemi yaratmaq üçün Rusiya ilə əməkdaşlıq etmək lazımdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici İşlər Komissiyası Ofisinin direktoru və Çinin xarici işlər naziri Vanq Yi bildirib.

"Çin və Rusiya, əsas qlobal güclər və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, hərtərəfli və inklüziv iqtisadi qloballaşmanın təşviqi və daha ədalətli və rasional qlobal idarəetmə sisteminin formalaşdırılması baxımından məsuliyyət və öhdəliklər daşıyırlar", - deyə o, Pekində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə bildirib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью