Icma.az, Axar.az portalına istinadən məlumat verir. ABŞ və onun avropalı müttəfiqlərinin Çin və Rusiya ilə genişmiqyaslı hərbi münaqişəyə ha
Axar.az xəbər verir ki, bunu NATO-nun Avropada Birləşmiş Qüvvələrinin yeni baş komandanı Aleksus Qrinkeviç bildirib.
O qeyd edib ki, iki lider 2027-ci ildə koordinasiyalı hücuma keçəcək: “Əgər Çin lideri Si Szinpin Tayvana hücum etmək qərarına gəlsə, o, böyük ehtimalla öz addımlarını Rusiya Prezidenti Vladimir Putinlə əlaqələndirəcək və qlobal hərbi münaqişəyə qapı açacaq.
Fikrimcə, bu o deməkdir ki, hər iki şey eyni anda baş verə bilər”.
Onun sözlərinə görə, Çin və Rusiyadan ikiqat zərbə yaxınlaşır və 2027-ci il potensial olaraq böhran ili ola bilər: Amerikalı general vurğulayıb ki, hazırkı vəziyyətdə müttəfiqlərin hazırlaşmaq üçün çox az vaxtı var – cəmi 18 ay.
Hazır olmaq üçün əldə edə biləcəyimiz hər bir texnikaya və hər bir sursata ehtiyacımız olacaq".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.