Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − Səmədzadə Emina Sabir qızı, Novruzov İlkin Feyruz oğlu və Süleymanov Elçin Qənimət oğluna məxsus 3 balıq satışı məntəqəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Belə ki, ümumi çəkisi 73 kq olan müxtəlif çəkili böyük qablarda Çin və Rusiyadan idxal
Yoxlama zamanı 655 ədəd "Azerbaijan Caviar" yazılı qutular və etiketlər də aşkarlanıb.
Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluq aşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqla istehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yolu ilə satışda olan məhsullar dövriyyədən çıxarılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.