Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

28.05.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekin, 28 may, AZƏRTAC

Çinin mərkəzi bankı olan Xalq Bankı Serbiya Milli Bankı ilə ikitərəfli valyuta mübadiləsi müqaviləsini yeniləyib.

AZƏRTAC Çin Xalq Bankının açıqlamasına istinadla xəbər verir ki, svop müqaviləsinin dəyəri ilkin 1,5 milyard yuandan (təxminən 220 milyon dollar) 5 milyard yuana qədər artırılıb. Müqavilə 5 il müddətinə qüvvədə olacaq və qarşılıqlı razılıq əsasında yenilənə bilər.

Bankın açıqlamasında deyilir ki, valyuta mübadiləsi müqaviləsinin yenilənməsi, genişləndirilməsi iki ölkə arasında pul, maliyyə əməkdaşlığının gücləndirilməsinə, ikitərəfli ticarət, investisiyaların asanlaşdırılmasına və maliyyə bazarının sabitliyinin qorunmasına kömək edəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью