Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

17.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Çin ticarət və maliyyə sahəsində xarici təzyiqlər qarşısında milli maraqlarını və suverenliyini qətiyyətlə müdafiə edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Dövlət Şurası Baş nazirinin müavini He Lifeng 2026 Maliyyə Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, faktlara məhəl qoymayan təzyiqlər və əsassız məhdudiyyətlərlə üzləşən Çin heç vaxt geri çəkilməyəcək və milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qanun çərçivəsində qətiyyətlə qoruyacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью