Çin XİN: ABŞ ilə əsir mübadiləsi həyata keçirilib

28.11.2024

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Çin Xarici İşlər Nazirliyi Çin və ABŞ arasında əsir mübadiləsini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinqdə bildirib.

“Çin hökumətinin yorulmaz səyləri sayəsində ABŞ tərəfindən haqsız yerə həbs edilən üç Çin vətəndaşı sağ-salamat vətənlərinə qayıdıblar”, - deyə o qeyd edib.

Diplomat Çinin öz vətəndaşlarını heç vaxt tərk etməyəcəyini bildirib.

O əlavə edib ki, Çin Xalq Respublikası öz vətəndaşlarının qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью