Çin XİN ABŞ la münasibətlərdəki problemlərdən danışıb

27.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çinin xarici işlər naziri Van İ ABŞ-la münasibətlərdə mövcud risk və çətinliklərə toxunaraq, ikitərəfli əlaqələrin yaxşılaşdırılmasının hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb. Bu barədə Çin Xarici İşlər Nazirliyi Van İnin ABŞ-ın Pekindəki səfiri Devid Perdu ilə görüşündən sonra açıqlama verib.

Xəbəri “Kaliber.az” yayıb. 

Van İ tərəfləri iki ölkə liderlərinin əldə etdiyi razılaşmaları həyata keçirməyə, fikir ayrılıqlarını effektiv şəkildə həll etməyə və yüksək səviyyəli təmaslara maneələri aradan qaldırmağa çağırıb.

Görüş Vaşinqtonun İranın ticarət tərəfdaşlarına qarşı sanksiyalar tətbiq etməklə hədələmələri fonunda baş tutub. Çin İran neftinin ən böyük alıcısı olaraq qalır.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью