Çin XİN: Pekin Panama kanalının hüquqi rejimini pozmur

22.01.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Pekin Panama kanalının beynəlxalq hüquqi rejiminə əməl edir və onun tənzimlənməsinə müdaxilə etmir".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

O, bildirib ki, Çin Panama kanalına nəzarətdə iştirak etməyib və heç vaxt bu məsələlərə qarışmayıb.

"Çin həmişə Panama kanalı üzərindəki suverenliyinə hörmət edib və biz bu su yolunun neytrallığını tanıyırıq. Kanal Panamanın nəzarəti altındadır və bundan sonra da eyni qalacaq", - deyə Çin XİN rəsmisi vurğulayıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью