Çin XİN: Pekin və Paris azad ticarəti birgə müdafiə etməlidir

06.06.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekin və Paris azad ticarətin prinsiplərini birgə müdafiə etməli və birtərəfli təzyiqlərə qarşı çıxmalıdır.

APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib.

“Çin və Fransa birgə şəkildə çoxtərəfliliyi dəstəkləməli, azad ticarəti qorumalı və birtərəfli təzyiqlərə qarşı dayanmalıdır”, – Van İnin sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.

Nazirin sözlərinə görə, Pekin və Paris iqtisadi və ticarət məsələlərinin dialoq və məsləhətləşmələr yolu ilə həll olunması barədə konsensusa gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью