Çin XİN Rusiyaya silah tədarükü ilə bağlı şayiələrə cavab verib

18.04.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çinin Rusiya Federasiyasına silah tədarük etməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Pekin Ukrayna münaqişəsində heç bir tərəfə silah ötürməyib. Bundan əlavə, ölkə hakimiyyəti hər zaman ikili təyinatlı malların başqa ölkələrə satışına ciddi nəzarət edib.

"Çin əsassız ittihamlara və siyasi manipulyasiyalara qəti şəkildə qarşıdır", - diplomat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью