Çin XİN: Si Cinpin Trampın dəvəti ilə ABŞ a səfər edəcək

21.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çin Xarici İşlər Nazirliyi təsdiqləyib ki, Çin Sədri Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-a rəsmi səfər edəcək. Səfər Prezident Donald Trampın dəvəti ilə həyata keçirilir.

Məlumatı “Kommersant” yayıb. 

Si Cinpin və Tramp arasında danışıqların sentyabrın 24-də Vaşinqtonda keçirilməsi gözlənilir. Çin Xarici İşlər Nazirliyindən TASS-a verilən məlumata görə, tərəflər ikitərəfli münasibətləri və qlobal sülh və inkişafla bağlı vacib məsələləri ətraflı müzakirə edəcəklər.

“The Wall Street Journal” qəzeti Vaşinqtonun Si Cinpinin səfərinə hazırlıq zamanı onun səhhətindən narahat olduğunu bildirib. Hindistan mediasının məlumatına görə, Çin liderinin Nyu-Dehlidə keçirilən BRICS sammiti zamanı özünü pis hiss edib.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью