Çin XİN Trampın tariflə bağlı bəyanatını tənqid edib

07.07.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Çin Trampın BRICS-i dəstəkləyən ölkələrə qarşı tarif planını pisləyib
Çin ABŞ Prezidenti Donald Trampın BRICS-i dəstəkləyən ölkələrə qarşı 10%-lik tarif planının tətbiq olunacağı ilə bağlı bəyanatını pisləyib.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.


Çin ABŞ-ın iqtisadi tariflərdən silah kimi istifadə etməsini tənqid edib.


Bildirilib ki, rəsmi Pekin Amerikanın tariflərdən silah kimi istifadə edərək başqalarına təzyiq göstərməsinin əleyhinədir: “Çin tariflərdən başqalarını məcbur etmək və təzyiq etmək üçün alət kimi istifadə edilməsinə qarşıdır”.
Qeyd edək ki, daha əvvəl Donald Tramp BRICS-i dəstəkləyən ölkələrə qarşı 10%-lik tarif planının tətbiq olunacağı ilə bağlı xəbər vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью