Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu sözləri Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi yerli jurnalistlərə açıqlamasında dilə gətirib. O, Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin sözlərinə münasibət bildirib. Diqqətə çatdırıb ki, Çin Silahlı Qüvvələri bu məsələ ilə əlaqədar qəti mövqeyini artıq açıq şəkildə bildirib:
"Dəniz və hava məkanının təhlükəsizliyi qarşısında ən böyük problem təlimlərimizin keçirildiyi ərazilərin yaxınlığında Yaponiyaya məxsus hərbi təyyarələrin mütəmadi kəşfiyyat manevrləridir. Rəsmi Pekin bu müdaxiləni yolverilməz sayır".
Mətbuat katibi vurğulayıb ki, Yaponiya gərginliyi artırmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə məsələni şişirdir, faktları dəyişdirməyə çalışaraq günahı Çinin üzərinə yıxır: "Burada, əlbəttə, gizli bir məqsəd var".
Məlumat üçün bildirək ki, rəsmi Tokio Çinin keçirdiyi hərbi təlimlərin məhz Yaponiyanın dəniz və hava təhlükəsizliyinə qarşı yönəldiyi iddiasını irəli sürüb. Belə ki, Çinin radarlarının Yaponiyaya məxsus hərbi təyyarələrə tuşlandığı vurğulanıb.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Dəniz və hava məkanının təhlükəsizliyi qarşısında ən böyük problem təlimlərimizin keçirildiyi ərazilərin yaxınlığında Yaponiyaya məxsus hərbi təyyarələrin mütəmadi kəşfiyyat manevrləridir. Rəsmi Pekin bu müdaxiləni yolverilməz sayır".