Çin XİN: Yaponiya BMT TŞ üzvü ola bilməz

19.11.2025

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi Yaponiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlük hüququna malik olmadığını bəyan edib.
Çin XİN-in rəsmi təmsilçisi Mao Nin Yaponiyanın II Dünya müharibəsi dövründəki xinayətlərini lazımi şəkildə dərk etmədiyini, buna görə də BMT TŞ üzvü olmaq hüququna malik olmadığını söyləyib.
Mao Nin jurnalistlərin qarşısında çıxış edərəkən deyib: "Hətta bu gün belə, Yaponiya İkinci Dünya Müharibəsi dövründə törətdiyi müharibə cinayətlərini lazımi dərəcədə etiraf etməyib.. Belə bir ölkə beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıya bilməz və BMT Təhlükəsizlik Şurasının üzvü olmaq hüququ yoxdur".
Hürr Tərcüman

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью