Çin XİN yenidən ABŞ və İrana çağırış edib

21.08.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin Yaxın Şərqdə gərginliyin azaldılması üçün ABŞ və İranı yenidən dialoqa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, Çin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən sanksiyaların əleyhinədir.

"Hərbi gücün tətbiqi və təzyiq siyasəti yalnız heç kimin maraqlarına cavab verməyən eskalasiyaya gətirib çıxaracaq. Biz bütün tərəfləri müvafiq şəkildə hərəkət etməyə və fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə çağırırıq", - o yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью