Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pekin Yaponiyanın hərbi xərcləri artırmaq planını regional sülhə təhdid adlandırıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib.
Diplomatın sözlərinə görə, Tokio dekabrda milli təhlükəsizliklə bağlı üç sənədi yeniləməyə hazırlaşır və Çini yenə “ən böyük strateji çağırış” kimi təqdim edəcək:
"Yaponiya milli təhlükəsizliklə bağlı üç sənədi yenidən nəzərdən keçirməyə, hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa və hücum imkanlarını inkişaf etdirməyə can atır. Bu, onun militarizasiyanı sürətləndirmək ambisiyalarını açıq şəkildə nümayiş etdirir".
Quo Ciakun qeyd edib ki, Tokionun yenidən hərbiləşdirilməsi və yalnız müdafiə tədbirləri prinsipindən kənara çıxmaq cəhdləri müharibədən sonrakı beynəlxalq nizamı şübhə altına salır.
Gülşən Şərif