Çin Yaxın Şərqə xüsusi nümayəndə göndərir

27.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Pekin, 27 oktyabr, AZƏRTAC

Çin Yaxın Şərq və Afrika Buynuzu regionlarında davam edən döyüşlərdən və bunun doğurduğu genişmiqyaslı fəsadlardan ciddi narahatdır. Çin tezliklə xüsusi nümayəndəsini münaqişədən təsirlənən regionlardakı ölkələrə göndərəcək.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə bildirib.

O deyib ki, səfərin məqsədi əlaqələri gücləndirmək və gərginliyin azaldılmasına töhfə verməkdir.

Qeyd edək ki, Quo Ciakun bu açıqlamanı Yəməndə və Qırmızı dənizdə gedən şiddətli döyüşlər, eləcə də Amerika Birləşmiş Ştatlarının və İsrailin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəklərinə dair iddialar fonunda səsləndirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью