Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan kosmodromunun "Dunfen" kommersiya meydançasından həyata keçirilib.
Kosmik aparatları orbitə çıxarmaq üçün "Kinetica-2" daşıyıcı raketindən istifadə edilib.
Çində "Tsyanfan" adı ilə tanınan "SpaceSail" peykləri aşağı Yer orbitində Ku, Q və V tezlik diapazonlarında fəaliyyət göstərir.
Kosmik aparatlar Şanxay hökumətinin dəstəyi ilə "Shanghai Spacesail Technologies" şirkəti tərəfindən inkişaf etdirilən G60 peyk qruplaşmasının tərkibinə daxildir.