Çin yeni yanacağa sərmayə qoyur 4 MANATA 116 KİLOMETR

20.04.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Hörmüz boğazındakı vəziyyətin qlobal yanacaq təchizatı üçün doğurduğu risklər hər kəsə məlumdur. Hər ölkə problemdən özünəxas çıxış yolu axtarır.

Avtosfer.az xəbər verir ki, neft məhsullarının böyük qismini idxal edən ölkələr vəziyyətdən daha narahatdır. Həm də, gələcəkdə belə halın təkrarlanmayacağına heç kim zəmanət vermir.

Buna görə də xam neftin 75 faizini idxal edən Çin indi hidrogenə investisiya qoyur. Artıq sənaye zonalarında dövlət dəstəyi ilə xüsusi klasterlər yaradılır. Burada 1 kiloqramı 25 yuana (təxminən 6 manat) hidrogen hasil etmək üçün iş aparılır.

Bu sahədə kifayət qədər irəliləyiş əldə edilib. Enerji mənbələri daha çox olan yerdə isə qiymət təxminən 4 manat olacaq.

Müqayisə üçün deyək ki, “Toyota Mirai” avtomobili 1 kiloqram hidrogenlə təxminən 116 kilometr qət edə bilir. Fərqi elə Azərbaycanla müqayisə edərək nəticə çıxarmağı hörmətli oxucunun öz ixtiyarına buraxırıq.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью