Çin Yer kürəsini asteroiddən xilas etmək üçün “Planet Müdafiə Qüvvələri” yaradır

17.02.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çin “planet müdafiə qüvvələri”nə yeni cəlb olunanları qəbul etməyə başlayıb. Onlar planetimizin böyük bir asteroidlə toqquşması təhlükəsini aradan qaldırmaq üçün yaradılmışdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazıb.

Dövlət Müdafiə Elmi, Texnologiyası və Sənayesi İdarəsi “aerokosmik mühəndislik, beynəlxalq əməkdaşlıq və asteroidlərin aşkarlanması üzrə ixtisaslaşan” “gənc və həvəsli” insanlar üçün bir sıra iş yerləri elan edib. Onların hamısı Yerlə 2032-ci ildə baş verə biləcək "2024 YR4" asteroidi arasında toqquşma ehtimalını öyrənməli olacaqlar. İndiyə qədər ehtimal cəmi 2,2 faiz qiymətləndirilir, lakin elm adamları bunun artdığını göstərir - son vaxtlara qədər bu rəqəm 1,3 faiz idi.

“Planetar müdafiə qüvvələri”nə namizədlərə qoyulan tələblərdə onların yaşı 35-dən aşağı, lazımi peşə və texniki keyfiyyətlərə, eləcə də “möhkəm siyasi mövqeyə” malik olmalara üstünlük veriləcəyi göstərilir. “Yer mühafizəçiləri”nin öhdəliklərinə kosmik sənayedə beynəlxalq əməkdaşlıq, həmçinin “asteroidlərin monitorinqi və erkən xəbərdarlıq üzrə tədqiqatlar” daxildir.

İnternetdəki vakansiyalara şərhlərdə bir çox istifadəçi bunun özlərini sübut etmək üçün əla bir şans olduğunu yazır. “Əgər sən uğur qazansan, dünyanı xilas edəcək bir qəhrəman olacaqsan”, - deyə şərhçilər qeyd edirlər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью