“Çinar Zəngilan”ın nümayəndəsi 5 oyunluq diskvalifikasiya olunub

07.05.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Region Liqasında çıxış edən “Çinar Zəngilan”ın nümayəndəsi Anar Dünyamalıyev cəzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

“Xankəndi” ilə matç bitdikdən sonra adı protokolda qeyd edilməyən Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. AFFA onu 5 matçlıq diskvalifikasiya edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью