Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Goranboy rayonunun Qızılhacılı kəndindəki 1 nömrəli orta məktəbdə direktorun şagirdi fiziki zorakılığa məruz qoyması ilə bağlı hadisə qeydə alınıb.
Milli.Az xəbər verir ki, 60 yaşlı Məlahət Abbasova (şərti ad) 10-cu sinif şagirdini müəllimlər otağında cəzalandırıb. Hadisənin baş verməsinə səbəb şagirdin məktəbdən kənarda digər yeniyetmələrlə dava etməsi olub.
İddialara görə, direktor əvvəlcə şagirdi müəllimlər otağında, digər insanların gözü qarşısında danlayıb, daha sonra isə nalayiq sözlər işlədərək qol və boyun nahiyələrinə zərbələr endirib. Bu səbəbdən məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla əlaqədar Məlahət Abbasova barəsində cinayət işi başlanılıb. Lakin məhkəmə prosesində direktor "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiya tətbiq olunmasını xahiş edib. Nəticədə, Goranboy Rayon Məhkəməsi qərar verib ki, Abbasova barəsində aparılan cinayət təqibi dayandırılsın və o, cinayət məsuliyyətindən azad edilsin.
Asya
Milli.Az