Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

15.03.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Martın 14-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью