Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

27.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Fevralın 26-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.     

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью