Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 24-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.