Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

23.01.2025

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.          

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 95 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью