Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

03.02.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Fevralın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью