Cinayətə görə 15 nəfər TUTULDU

04.01.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 3-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Modern.az-a Daxilli İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə bir, o cümlədən borclu şəxs qismində axtarışda olan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı daha 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью