Icma.az, Azvision portalına istinadən məlumat verir.
"İzvestiya" qəzetinin məlumatına görə, bu cihazın Raman spektroskopiyası ilə maddələrin ən kiçik izlərini aşkarlamaq imkanı yaradan plazmonik işıq gücləndiricilərinin çapında işlədilməsi mümkündür. Belə bir printer kriminalistikada, arxeologiyada, sənət əsərlərinin tədqiqində və s. elmi təcrübələrdə əhəmiyyətli rol oynaya bilər.
Mütəxəssislər diqqətə çatdırırlar ki, belə bir printerin dünyada analoqu yoxdur. İnstitutun Funksional Materialların Sınaq Mərkəzinin elmi işçisi Vladislav Borisovun sözlərinə görə, yeni cihaz mahiyyətcə siqnal gücləndiricisidir; onun sayəsində mikroölçülü maddələri görmək asanlaşır.
"Bu printer həmçinin insan saçı nazikliyinə malik mikroelektron sxemlərin çapında da köməyimizə çata bilər", - o deyir.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Mütəxəssislər diqqətə çatdırırlar ki, belə bir printerin dünyada analoqu yoxdur. İnstitutun Funksional Materialların Sınaq Mərkəzinin elmi işçisi Vladislav Borisovun sözlərinə görə, yeni cihaz mahiyyətcə siqnal gücləndiricisidir; onun sayəsində mikroölçülü maddələri görmək asanlaşır.
"Bu printer həmçinin insan saçı nazikliyinə malik mikroelektron sxemlərin çapında da köməyimizə çata bilər", - o deyir.
Firudin Həmidli
AzVision.az