Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çin aviaşirkətləri iyulun 12-də güclü “Bavi” qasırğası səbəbindən 2,8 mindən çox daxili reysi ləğv etməyi planlaşdırır.
Metbuat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
İyulun 11-i axşam saatlarına olan məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən Çin aviaşirkətləri 1,3 mindən çox aviareysi gecikdirib.
“Bavi” qasırğası yerli vaxtla saat 23:20-də Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatıb. Qasırğanın Tayçjou şəhəri yaxınlığında dənizdən quruya keçdiyi zaman küləyin sürəti saniyədə 40 metrə çatıb.
Çinin şərqində qasırğa ilə əlaqədar təxminən 2 milyon nəfər təxliyə edilib.