Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 19 avqust, AZƏRTAC
Çinin şimalındakı Çinqhay əyalətində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntının olub-olmaması barədə məlumat verilməyib.