Çində 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkarlanıb AzPolitika onlayn siyasiictimai qəzet

21.11.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Çin geoloqları Xunan əyalətində 600 milyard yuan (82,8 milyard dollar) dəyərində qızıl ehtiyatı aşkar ediblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə əyalətin geologiya idarəsindən bildirilib.

Qurum öz Wechat kanalında Pinciyan mahalının Vanqu qızıl mədəninin kəşfiyyatında "böyük bir irəliləyiş" haqqında məlumat yayıb.

Qeyd olunub ki, geoloqlar yerin 2000 metrdən çox dərinliyində 40-dan çox "qızıl damar" aşkar ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью