Çində antik avtomobillərin saxta kuzovları hazırlanır

10.06.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Çin avtomobili dedikdə ilk ağla gələn elektromobil və hibrid avtomobillər olur. Amma ölkənin avtomobil sənayeis bununla məhdudlaşmır. 

Avtosfer.az xəbər verir ki, Şanxaydakı “Jiangsu Juncheng Vehicle Industry Co” müəssisəsi məşhur antik avtomobillərin kuzovunu hazırlayır. İstehsal ştamplama metodu ilə həyata keçirilir.

Şirkət ilk mərhələdə Yapniya və ABŞ istehsalı olan 60-70-ci illərin modellərini hazırlayıb. Hazırda Avropa maşınları üzrə iş gedir. 

Şirkətin lisenziyası olmadığı üçün hazırladığı məhsullar da saxta hesab edilir. Bununla belə, tələbat kifayət qədər çoxdur.

Bu cür kuzov adətən 2 məqsədlə alınır: antik avtomobil bərpa ediləbilməyəcək həddə korroziyaya uğradıqda onu əvəzləmək üçün və ya kimsə antik görkəmli avtomobil hazırlatmaq istədikdə.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью