Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Çinin Sintszyan-Uyğur Muxtar Bölgəsindəki turizm obyektində faciəvi qəza baş verib. Nəticədə 5 nəfər həyatını itirib.
Reyting.az bildirir ki, Monqolkure qraflığında (Chaosu) qeydə alınan hadisə barədə Qazax Muxtar Vilayəti Partiya Komitəsinin təbliğat şöbəsi “WeChat”-da məlumat paylaşıb.
Bildirilir ki, asma körpünün qırılması nəticəsində daha 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
V. QULİYEV