Çində aviasiya sərgisi başlayıb

19.09.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Pekin, 19 sentyabr, AZƏRTAC

Çinin Cilin əyalətinin Çançun şəhərində aviasiya sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, sərgidə Çin xalq Azadlıq Ordusunun (ÇXAO) hərbi hava qüvvələrinin 16 növ təyyarəsi, o cümlədən KJ-500 erkən xəbərdaredici təyyarəsi, H-6 bombardmançısı, J-20S ikiyerlik qırıcısı, Y-20 nəqliyyat təyyarəsi, J-16 hücum təyyarəsi nümayiş olunur.

Sərgi çərçivəsində müxtəlif mövzusularda təqdimatlar, konfranslar keçirilir. Bundan başqa, ÇXAO-nun hərbi hava qüvvələrinin “Qırmızı qartal” akrobatik qrupunun nümunəvi çıxışları olub. Avia-şounu 100 min nəfərin ziyarət edəcəyi gözlənilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью