Çində avtomobil satışları kəskin azalıb

09.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 iyun, AZƏRTAC

May ayında Çində avtomobil satışları illik müqayisədə 22,1 faiz azalaraq 1,5 milyon ədədə enib.

AZƏRTAC xəbər verir ki, ölkədə daxiliyanma mühərrikli avtomobillərin satışlarında 39 faiz, hibrid avtomobillərin satışında isə 7,5 faiz azalma qeydə alınıb. May ayında avtomobil ixracı 75,1 faiz artsa da, bu, daxili bazardakı geriləməni kompensasiya etməyib. Bununla yanaşı, “BYD”, “Nio” və “Tesla” kimi şirkətlər xarici bazarlarda, xüsusilə elektromobil seqmentində tələbatın sabit olaraq qaldığını bildiriblər.

Çinin Avtomobil İstehsalçıları Assosiasiyası 2026-cı ildə elektromobil satışlarında 11 faiz azalma proqnozlaşdırıb. Qurum satışın pisləşməsini yüksək neft qiymətlərinin istehlak tələbinə və avtomobil sənayesinin tədarük zəncirinə mənfi təsiri ilə əlaqələndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью