Çində avtomobillərin sürətlənmə vaxtı məhdudlaşdırılacaq

14.11.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çinin İctimai Təhlükəsizlik Nazirliyi nəqliyyat vasitələri üçün yeni milli təhlükəsizlik standartları hazırlayıb.

Avtosfer.az "Carnewschina" nəşrinə istinadən xəbər verir ki, standartlara əsasən, avtomobillərin 0-dan 100 km/saat sürətlənmə vaxtı minimum 5 saniyə ilə məhdudlaşdırılacaq.

Bildirilir ki, bu tədbir yollarda təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Hazırda layihə ictimai müzakirə mərhələsindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью