Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər həlak oldu VİDEO

09.07.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Futszyan əyalətindəki ayaqqabı fabrikində baş verən yanğın nəticəsində 28 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə səlahiyyətli orqanların məlumatına istinadən "Sinxua" agentliyi xəbər yayıb.
Yanğın günorta saatlarında "Huiteng Shoe Industry Co., Ltd." müəssisəsinin ərazisində qeydə alınıb. Bir neçə nəfər qatı qara tüstünün bürüdüyü binanın damında sıxışıb qalıb.
Hadisə yerinə 183 yanğınsöndürən və 35 ədəd texnika cəlb olunub. Açıq alov yerli vaxtla saat 17:40-da söndürülüb, lakin xilasetmə əməliyyatı davam etdirilir. Binanın daxilindəki təhlükəli şərait səbəbindən fövqəladə hallar xidmətinin əməkdaşları insanların qaldığı yerlərə daxil ola bilməyiblər.
Yanğınsöndürənlər fabrik binasındakı pilləkənlərin əşya və dağıntılarla bağlandığından dolayı yanğının söndürülməsi və xilasetmə işlərini xeyli çətinləşdirdiyini bildiriblər.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью