Çində baş verən torpaq sürüşmələri nəticəsində 16 nəfər həlak olub

10.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Çinin şərqində yerləşən Szyansi əyalətinin Suyçuan rayonunda baş verən torpaq sürüşmələri nəticəsində həlak olanların ümumi sayı 16 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Bildirilir ki, bölgədə bir neçə gün davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə səbəb olub.

Hazırda fəlakət bölgəsindən 18 mindən çox sakin təxliyə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью