Çində benzin kəskin ucuzlaşıb

04.07.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin şənbə günündən etibarən benzin və dizel yanacağının pərakəndə satış qiymətlərini müvafiq olaraq hər ton üçün 950 yuan (təxminən 238 manat) və 915 yuan (təxminən 229 manat) azaldacaq.

“Sinxua” agentliyinin məlumatına görə, bu, ardıcıl üçüncü qiymət endirimi olmaqla yanaşı, son altı ilə yaxın dövrdə ən kəskin ucuzlaşmadır. Bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qiymətlərin endirilməsi Yaxın Şərqdə gərginliyin azalması və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasından sonra dünya bazarında neft qiymətlərinin enməsi ilə əlaqələndirilir.

Ekspertlərin hesablamalarına görə, minik avtomobili sahibləri çənlərini tam doldurarkən təxminən 40 yuan (10 manat), yük avtomobili sürücüləri isə 400 yuana (təxminən 100 manat) qədər vəsaitə qənaət edə biləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью