Çində bəzi restoranlarda tülkü və yenot əti satılır

19.03.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çində bəzi restoranlarda mal və qoyun əti adı altında tülkü və yenot əti satılır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Paper" nəşrinin əməkdaşı apardığı araşdırmadan sonra hazırladığı məqalədə bildirib.
Nəşrin yazdığına görə ölkənin Tanşan, Xebey, Veyfan, Linyi və Şandun bölgələrində tülkü və yenot yetişdirilən xeyli ferma var. Onlar dəri istehsalı ilə məşğuldurlar. Bir çoxu heyvanların dərisi çıxarıldıqdan sonra leşləri  satır. Daha sonra işbazlar həmin leşləri mal və qoyun əti adı ilə restoranlara verirlər.

Qoyun və mal ətindən seçilməməsi üçün leşlər üzərində müəyyən proseslər aparılır. Üstəlik, qanunsuz ətin 3 kiloqramı cəmi 2 dollara satılır ki, bu da ucuz ətə tələbatı artırır.

Qeyd edək ki, Çin qanunlarına görə tülkü və yenot ətinin istehlakı qadağandır. Digər tərəfdən, fermalarda yetişdirilən heyvanlardan keyfiyyətli xəz almaq üçün onlara müəyyən preparatlar vurulur. Bu isə insan orqanizmi üçün təhlükəlidir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью