525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin şimal-şərqindəki Heilongjiang əyalətinin Hailin şəhərində bina çöküb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dağıntılar altında 9 nəfər qalıb. Onlardan 7-si ölüb, digər 2 nəfər isə xəstəxanaya aparılıb. Həmin şəxslərin vəziyyətinin ağır olmadığı açıqlanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov