Çində bir neçə AI alimi qəflətən ölüb, sual olunur niyə..? | Icma.az
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
…Çində süni intellektin öyrənilməsi ilə məşğul olan bir neçə mütəxəssisin qəfil ölümünə diqqət çəkilib.
SİA xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.
Nəşrin jurnalistləri alimlərin qəfil xəstəlik və ya bədbəxt hadisələr nəticəsində dünyasını dəyişdiyini qeyd ediblər.
Məsələn, Pekindəki Megvii Technology şirkətinin 45 yaşlı əməkdaşı Sun Jian 2022-ci ildə vəfat edib.
38 yaşlı süni intellekt üzrə tədqiqatçı Feng Yanhe 2023-cü ildə ölüb.
Həmçinin 2023-cü ildə 55 yaşlı süni intellekt mütəxəssisi, Honq-Konq Çin Universitetinin professoru və İT nəhəngi SenseTime-in qurucusu Tang Xiaowu vəfat edib.
...South China Morning Post-a müsahibə verən ekspertlər bildiriblər ki, ölənlərin sayının artması narahatlıq doğurur.
Tam oxu
Xəbəri oxu