Çində bütün iPhone Air smartfonları cəmi beş dəqiqəyə satılıb

20.10.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ən nazik "iPhone" modeli olan "iPhone Air" smartfonları Çində rəsmi təqdimatdan bir neçə dəqiqə sonra tamamilə satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "GizmoChina" nəşri məlumat yayıb.

Ön sifarişlər onlayn qaydada yerli vaxtla saat 20:00-da açılıb. Bütün mövcud smartfonlar saat 20:05-ə qədər satılıb.

Pekin, Şanxay və Tiencin kimi böyük şəhərlərdəki "Apple" mağazalarında da müştərilərin uzun növbələri yaranıb.

Analitiklər hesab edirlər ki, ilk satış dalğasında bir neçə yüz min smartfon satılıb. Amma "Apple" şirkəti hələlik rəsmi rəqəmləri təqdim etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью